Bakı üçün 2 günlük hava proqnozu

Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

Yanvarın 7-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.