Bakı üzrə ən çox yoluxma bu ərazidədir – SİYAHI

Bakı şəhəri üzrə COVID-19-a yoluxma statisitikası açıqlanıb.

Yenicag.az-ın “koronavirusinfo.az”a istinadən məlumatına görə, hazırda ən çox yoluxma faizi 14,6 faizlə Binəqədi rayonunun payına düşür.

Bu rəqəm Xətaidə 13,6, Sabunçuda 11,8, Yasamalda 11,8, Suraxanıda 8,4, Nərimanovda 7,8, Nəsimidə 7,6, Xəzər rayonunda 7,5, Nizamidə 7,2, Səbaildə 4,9, Qaradağda 4,4, Pirallahıda isə 0,5 faizdir.

Qeyd edək ki, ölkə üzrə 485 min 987 nəfər koronavirusa yoluxub, 6573 nəfər həyatını itirib. Hazırda aktiv xəstə sayı 14 min 803 nəfərdir.