!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı və Sumqayıt işıqsız qala bilərdi: Strateji xətlərdəki kabellər oğurlandı - FOTO

!Reklam – Yazi

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektik enerjisi ilə təmin edən strateji əhəmiyyətli hava xətlərinin metal hissələrini oğurlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, onlar paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyublar.

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb. Elektrik dayaqlarının Abşeron rayonu ərazisindən keçən hissəsində baş verən oğurluq paytaxtın enerji təminatını təhlükə altına atıb. Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəkələrinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, yüksəkgərginlikli xətlərdə baş verə biləcək qəza nəticəsində Bakının böyük bir hissəsi elektrik enerjisiz qala bilərdi.




www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv