Yeni il – dünyanın müxtəlif ölkələrində milyonlarla insanların ən sevimli bayramıdır. Bu bayram 31 dekabr – 1 yanvar günləri qeyd olunur.Yenicag.az xəbər verir ki, dünyanın hər yerində bu bayram milli ənənələrə uyğun olaraq qeyd edilir. Lakin bayramın əsas atributları demək olar ki, bütün ölkələrdə eynidir: şam ağacı, işıqlar, şampan, hədiyyələr və təbii ki Şaxta baba ilə Qar qız. İnsanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər.
Yeni il ərəfəsində dünyanın bütün şəhərləri al-əlvan işıqlarla bəzədilir. Şəhərin mərkəzində yerləşən alış-veriş məkanları, parklarda da bayram atributlarını görmək olar.
Bakı da bu baxımdan digər şəhərlərdən heç də geri qalmır. Təqdim edəcəyimiz fotolarda Bakının Yeni ilə necə hazırlaşdığının şahidi olacaqsınız.
Rüstəm Qasımov