Bakı Zooparkında doğum günü qeyd olundu – FOTO

Bakı Zooloji Parkında uşaqların çox sevdiyi ayının doğum günü qeyd olunub.

Yenicag.az Bakı Zooloji Parkının Mətbuat xidmətinə istinadən xəbər verir ki, parkın qayğıkeş işçilərindən ibarət xüsusi komandası ayıya dondurma-tort ilə sürpriz etmək qərarına gəlib və meyvə, giləmeyvələrdən ibarət ləzzətli dondurma təbəqəsi ilə örtülmüş qeyri-adi bir tort hazırlayıb.

Bu ad günü insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərdiyi üçün həm ziyarətçilər, həm də ayı üçün xüsusi bir ad günü oldu.