Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Düzdür, market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır.
Yenicag.az xəbər verir ki, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.
Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri-mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.
Satıcıların sözlərinə görə, bayramdan sonra qiymətlər enə bilər.