!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 1 milyon manatlıq oğurluq edən şəxsə hökm oxundu

!Reklam – Yazi

court_2811142-300x200Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən İsmayıl Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən iki nəfər isə bəraət alaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Astara rayon sakini, İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də çoxsaylı mənzilləri taladığı məlum olub. Hələlik onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Zərərçəkənlərin isə sayı hər ötən gün artmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır. Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O, polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə əyləncəyə xərcləyib, hərdən isə qohumlarına da əl tutub.

Gənc oğlan cinayət əməllərinə 2011-ci ildən başlayıb. Onun böyük oğurluqları isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlayıb. Mənzilləri seçərkən İ.Qəhrəmanov diqqətlə hərəkət edirmiş. O əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayır, sınaq cəhdləri edirmiş. Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurmuş.

Onu da qeyd edək ki, İsmayıl Qəhrəmanov cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün Cinayət Məcəlləsinə görə, onun barəsində 10 ildən artıq cəza təyin etmək mümkün deyil.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv