Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Belə ki, qadın əlində zibil dolu sellofanla qutuların yerləşdiyi əraziyə gəlib. Qısa müddət ətrafı müşahidə etdikdən sonra ilk olaraq əlindəki zibili, sonra isə körpəsini qutuya ataraq ərazidən uzaqlaşıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində küçəyə atılan körpə Bakı Şəhər Sabunçu rayonu 12-ci polis bölməsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evinə qəbul edilib. Körpə qəbuldan sonra tibbi müayinədən keçirilməsi üçün 2 saylı Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasına göndərilib.
***
09:58
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.
***
09:10
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Yenicag.az xəbər verir ki, Sabunçu rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Uşaq hazırda körpələr evinə yerləşdirilib.
Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.