Yasamalda 11 aylıq körpə öldü

11 aylıq Aynur Əfqan qızı Məstənzadə evdə qəfil halı pisləşərək ölüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Valideynləri uşağın istidən öldüyünü deyib. Belə ki, anası uşağı yatızdırarkən yorğan-döşəyə bükürmüş.

Lakin ölümün dəqiq səbəbləri hələ məlum deyil. Bu ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.