Bakıda 11-ci mərtəbədə köməksiz qalan azyaşlılar belə xilas edildilər – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində uşaqların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldıqları barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən xəbər verilib.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 16 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.