Bakıda 13 yaşlı yeniyetmə itkin düşdü

Bakıda 13 yaşlı yeniyetmə itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə oktyabrın 29-da Xətai rayonu, NZS qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Mustafayev Hüseyn Vüsal oğlu tanışının evindən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.