Bakıda 15 iyul şəhidləri anılacaq

Bakı Yunus Emre İnstitutunda 15 İyul 2016-cı il çevriliş cəhdi şəhidləri anılacaq.

Yenicag.az Bakı Yunus Emre İnstitutu və “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı həlak olan şəhidləri anmaq məqsədilə “15 İyul Dastanı” adlı tədbir keçiriləcək. Tədbir 13 İyul 2017-ci il tarixində saat 12:00-da Bakı Yunus Emre İnstitutunda baş tutacaq.

Məlum olduğu kimi 15 İyul 2016-cı il tarixində Türkiyənin Ankara və İstanbul şəhərlərində eyni vaxtda FETÖ terror gruplaşması tərəfindən çevriliş cəhdi həyata keçirilməyə çalışılmışdır. Xalq və milli iradənin gücü, həmin gecədə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə yazdırmışdır. Çevriliş cəhdi zamanı qəhrəmanlıq göstərən Şəhidləri və qaziləri anmaq məqsədilə keçiriləcək bu tədbirin əsas iştirakçıları Azərbaycanda yaşayan Axıska türkləri olacaq.

Yenicag.az

COP29