Bakıda 15 yaşlı qız yoxa çıxdı

Bakıda yeniyetmə qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bu barədə onun anası A.Şahverdiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı adıçəkilən bölmədə araşdırma aparılır.