!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 16 yaşlı cüdoçunun bıçaqlanma anı - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Onu da əlavə edək ki, hadisə “Arifoğlu” cüdo klubunun sözügedən Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turniri zamanı baş verib./Qafqazinfo/

Yenicag.az 16 yaşlı Turalın bıçaqlanma anının videosunu təqdim edir:

www.yenicag.az

1322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv