Bakıda 16 yaşlı gənc itkin düşdü

Bakıda 16 yaşlı gənc itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə iyulun 28-i saat 20:00 radələrində Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu yaşadığı mənzildən
çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.