!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 16 yaşlı məktəbli bıçaqlandı

!Reklam – Yazi

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki “Oba” marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

1407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv