Bakıda 16 yaşlı qız itkin düşüb – FOTO

Bakıda 16 yaşlı qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, söhbət Əliyeva Kəklik Elşən qızından gedir.

Bu barədə saytımıza onun atası Əliyev Elşən məlumat verib.

Onun sözlərinə görə, qızı martın 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Kəklik evdən getməmişdən öncə anasının “dərsdən niyə gecə gəlirsən?” deməsinə görə mübahisə edib. Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, itkin düşən qızın valideynləri Biləcəridə yaşayır. Onu görənlərdən 0708115325, 0703717274, 0773388343 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Emin Səfərov