Bakıda 16 yaşlı qız qaçırıldı

Bakının Qaradağ rayonunda növbəti insan oğurluğu faktı qeydə alınıb.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə rayonu hüquq-mühafizə orqanlarından bildiriblər.

Martın 26-da Müşfiqabad qəsəbəsində 16 yaşlı İlhamə Ə. qaçırılıb. Onu Nicat adlı gəncin qaçırdığı bildirilir. Fakt üzrə hələlik heç kim saxlanılmayıb.

Polis gənclərin yerini müəyyənləşdirməyə çalışır. Ehtimal olunduğuna görə, 18 yaşına çatmamasına baxmayaraq, qızın özü bu evliliyə razılıq verib.

COP29