Bakıda 17 yaşlı məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.

M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir.

Faktla bağlı araşdırmalara başlanılıb.