Bakıda 17 yaşlı oğlan atasını öldürüb

81f0df6ada8989685d74b0efd0c884d8Bakıda qətl törədilib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Q. Qasımovu dayısı polisə təslim edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.