!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 17 yaşlı oğlanı qız üstündə döydülər

!Reklam – Yazi

1476191963_1476187396_10767c97b14498731a23a5bdf7a3fa74Bakıda 17 yaşlı oğlan döyülüb.

Bu barədə yeniyetmənin anası sosial şəbəkədə məlumat yayıb. Qadın qeyd edib ki, oğlu qız üstündə bu vəziyyətə salınıb:

“Oktyabrın 3-də 4 nəfər övladımı ölümcül döyüb. Aldığı güclü zərbələrdən onun kəllə əsasını təşkil edən sümüklər və çənəsi sınıb, beyni silkələnib. Artıq 8 gündür ki, xəstəxanadadır. Şənbə günü əməliyyat olunanda ürəyi tab gətirmirdi, həkimlər zorla həyata qaytara bildilər. Polis də məsələni yubadır. Onların valideynləri isə bir dəfə də olsun zəng edib, oğlumun səhhəti ilə maraqlanmırlar”.

Ananın iddiasına görə, yeniyetmələr onun oğlunun sevgilisinə sataşıblar. Oğlan isə məsələyə aydınlıq gətirmək istəyib: “Oğlum danışmağa tək gedib. Onlar isə 4 nəfər olublar. Oğlumu daşla döyüblər”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.(baku.ws)

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv