Bakıda 17 yaşlı qız itkin düşüb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edədər qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.
“Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in “102” Çağrı mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və ya (055) 805-93-93 mobil nömrəsi vasitəsilə zəng edərək xəbər vermələri xahiş olunur”, – açıqlamada qeyd edilib.