Hövsanda 170 000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər – Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırmalara başlanıb.