Bakıda 18 yaşlı gəlin 8 martda itkin düşdü

Bakıda qadın gecə saatlarında itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabirabad rayonunda qeydiyyatda olan və paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-də gecə saat 02 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həyat yoldaşının müraciətindən sonra polis araşdırmalara başlayıb. /Trend/