Bakıda 18 yaşlı oğlanı ürəyindən vurdular

163453_res_01Paytaxtda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb.

“Report” un xəbərinə görə, hadisə ötən gecə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

İsabala Elxan oğlu Allahverdiyev yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, İ.Allahverdiyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.