Bakıda 19 nəfəri gün vurdu

22-29 iyun tarixlərində Bakıda 19 nəfəri gün vurub.

Bakı şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından Yenicag.az-a verilən məlumata görə, günvurma ilə bağlı müraciət edənlərdən 7-i uşaq, 12-i böyükdür:

“Müraciət edənlərdən 7 nəfər hospitalizasiya olunub, digərlərinə isə yerində yardım göstərilib”.