Bakıda 19 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 124-də baş verib.

Həmin ünvanda yaşayan 2000-ci il təvəllüdlü Xanbabayeva Türkan İsmayıl qızı aprelin 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.