Bakıda 19 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxın Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı ünvanda qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Əzimzadə Fatimə Vüsal qızı noyabrın 19-da günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.