Bakıda 19 yaşlı qızı maşın vurdu – Sürücü qaçdı

Bakıda gənc qızı maşın vurub.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki “Rahat Market”in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.