Bakıda 20 yaşlı gənc hovuzda boğulub

Bakı şəhəri, Səbail rayonunda 1998-ci il təvəllüdlü Tretyakov Vasiliy Sergeyeviç su hovuzuna düşərək boğulub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın cəsədini hovuzdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.