Bakıda 20 yaşlı qız tərəfindən bıçaqlanan şəxs ölüb

b45619641d897fa6fafa2a506d2dbfebBakıda qız tərəfindən bıçaqlanan şəxs ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub.

Anar Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır(APA).