Bakıda 2024-cü ildə “istehsal olunan” məhsullar satılır

Bakıda 2024-cü il “istehsalı olan” məhsulun satışı həyata keçirilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı tanınmış alim Zaur Əliyev paylaşım edib.

O bildirib ki, “Murad Aqro”nun “İslami kəsim toyuqları” məhsulunun üzərində istehsal tarixi 04.01.24, son istehlak tarixi isə 01.07.24-cü il göstərilib.

Alim bu məhsulların “Araz” supermarketlər şəbəkəsində satışa çıxarıldığını da bildirib.