Bakıda 22 yaşlı oğlan qəza törətdi, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesində qeydə alınıb.

2001-ci il təvəllüdlü Əlibala Musayev etibarnaməsiz xalası oğluna məxsus “Hyundai Santa Fe” markalı avtomobillə yolu keçən 1970-ci il təvəllüdlü Cahid Əsgərovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

COP29