Bakıda 22 yaşlı qız faciəvi şəkildə ölüb.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 30-da qeydə alınıb. Həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.