Bakıda 25 yaşlı ər arvadını bizlədi

bizPaytaxt sakini həyat yoldaşına ağır xəsarətlər yetirib.

“Report”un xəbərinə görə, hadisə Naximov küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.

1991-ci il təvəllüdlü Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı, 1990-cı il təvəllüdlü Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.

Q.Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.