Bakıda 25 yaşlı oğlan itkin düşüb

Bakıda gənc oğlan itkin düşüb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

BakıSabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi 19, ev 20-də yaşayan, 1994-cü il təvəllüdlü Həbibli Elsevər Səməd oğlu dekabrın 16-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.