Bakıda 26 yaşlı oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Binəqədi rayonunda olub.

1993-cü il təvəllüdlü Rzayev Fərrux Elşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım maşını vasitəsilə ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.