Bakının Keşlə qəsəbəsinin sakini Quliyev Seymur Tahir oğlu itkin düşüb.
Bu barədə Yenicag.az-a 26 yaşlı gəncin yaxınları məlumat verib.
Onların sözlərinə görə, Seymur bir ay öncə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun hansı səbəbdən evdən getdiyi bilinmir. Məsələ ilə bağlı polisə də məlumat verilib.
Onu görənlərdən 050 884 65 76 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.