Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, F.Xoyski 115 saylı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Məhəmməd İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir./Trend/

www.yenicag.az

17278