Bakının Suraxanı rayonunda 27 yaşlı gənc bıçaqlanıb.
Yenicag.az xəbər verir ki, hadisə Bulbülə qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəhmanov Elşən Baxış oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.