Bakıda 29 yaşlı gəlin itkin düşdü – Həyat yoldaşı axtarır

Bakıda daha bir qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi rayonu, Azadlıq prospekti ev 56, mənzil 20-də yaşayan Bağırov Araz Rasim oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bağırova Ellada Cahangir qızı iyunun 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.