!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 3 küçə təmirə bağlandı

!Reklam – Yazi

138175_res_01Xətai rayonunda bir neçə küçə təmirə bağlanıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, hazırda təmir-tikinti işləri Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin General Əliağa Şıxlinski küçəsinin bir hissəsində aparılır.

Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq asfaltlanır, küçələr boyu yeni səki daşları düzülür.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yağış barmaqlıqları yenilənir, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulur.

İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənir, yolun hərəkət hissəsindən kənara çıxarılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv