Bakıda 3 otaqlı ev yandı – 1 nəfər yaralandı

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.