Bakıda 3 otaqlı ev yanıb

Bakıda yanğın olub.

Yenicag.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.