Bakıda 3 otaqlı evdə yanğın

Bakıda 3 otaqlı ev yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.