Bakıda 3 otaqlı mənzil yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin mətbəxində ev əşyası və məişət texnikası yanıb, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 30 m2 sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.