Bakıda 3 yaşlı uşaq yanıb ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 6-da saat 12 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan Fazil Hüseynəliyevin evinin hamam otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra onun 3 yaşlı oğlu Sərxanın yanmış meyiti tapılıb.
Araşdırma aparılır.