Bakıda 30 aptekdə yoxlamalar keçirildi: 5 protokol tərtib olundu

Analitik Ekspertiza Mərkəzi oktyabr ayında Bakıda 30 aptekdə yoxlamalar keçirib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, yoxlamalar planlı və plandan kənar aparılıb.

Araşdırmaların sonunda İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə 5 protokol tərtib edilib.