Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Həmin ərazidə yaşayan N.Rzayeva polisə müraciət edərək mənzilindən 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva olduğu müəyyən edilib. C.Əliyeva saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) madəsilə cinayət işi başlanıb.