Bakıda 30 yaşlı qadın itkin düşdü

Bakıda qadın itkin düşüb.

Yenicag.az xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan ailəli, 1989-cu il təvəllüdlü Əsgərova Nuranə Niyaz qızı avqustun 18-də yaşadığı evdən çıxaraq Binəqədi rayonunda yaşayan qohumunun evinə gedib. Qadın 3 gün qohumlarıgildə qalandan sonra avqustun 21-də həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.